AzVision.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib.
Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı da maraqlı məlumatlar təqdim olunur.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksessuarlar və nəşrlər də nümayiş etdirilir.







Vaxtında, Aydın, Lazımlı!


