Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan telefonla İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tam icrasının bərpası perspektivlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlər bir sıra aktual regional və beynəlxalq məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.