Məşhur sığorta şirkəti Rusiya bazarını tərk etdi

   Məşhur sığorta şirkəti Rusiya bazarını tərk etdi
  20 May 2022    Oxunub:1740
İsveçrənin böyük sığorta şirkəti olan "Zurich Insurance" Rusiyadakı biznesini satmaq və bu ölkədə olan kommersiya fəaliyyətini dayandırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilib.

Qeyd edilir ki, şirkət binesini komandanın on bir üzvünə satmağa razılıq verib. Biznes fərqli brend adı altında fəaliyyət göstərəcək və şirkət artıq Rusiyada biznes işləri görməyəcək.
Qeyd edək ki, "Zurich Insurance" 56.000 işçi heyəti ilə İsveçrənin ən böyük sığorta şirkəti sayılır. O, fiziki şəxslərə, kiçik və orta biznesə, transmilli korporasiyalara xidmət göstərir, fəaliyyəti 210-dan çox ölkəni əhatə edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Şirkət  



Xəbər lenti