İrəvanda qəzaya düşən İtaliya səfiri xəstəxanaya yerləşdirildi

   İrəvanda qəzaya düşən İtaliya səfiri xəstəxanaya yerləşdirildi
  20 May 2022    Oxunub:1051
İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo qəzaya düşüb. AzVision.az xəbər verir ki, bu barədə İtaliya səfirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə saat 16:00 radələrində Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib.

"Mercedes”lə “Audi” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Audi”də olan Di Rizo Nairi tibb mərkəzinə çatdırılıb", - məlumatda deyilir.

Ermənistan Polisinin mətbuat xidməti faktı təsdiqləsə də qəza ilə bağlı yaydığı məlumatda hadisədən zərərçənin kimliyini göstərməyib. Xəbərdə yalnız qeyd olunur ki, 57 yaşlı Audi sərnişini xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   Qəza   İrəvan  



Xəbər lenti