"Azovstal"ın ağır yaralıları dəyişdirilərək təxliyə olunub - "Azov"un komandiri

   "Azovstal"ın ağır yaralıları dəyişdirilərək təxliyə olunub -    "Azov"un komandiri
  20 May 2022    Oxunub:1376
Azov komandiri, polkovnik-leytenant Denis Prokopenko Azovstaldan ağır yaralı əsgərlərin təxliyə edildiyini elan edib. Bu barədə Prokopenkonun yeni müraciətində deyilir. Bildirilir ki, ali hərbi rəhbərlik qarnizon hərbçilərinin həyatını xilas etmək və şəhərin müdafiəsini dayandırmaq əmri verib.
"Ağır döyüşlərə, hərtərəfli müdafiəyə və təchizat çatışmazlığına baxmayaraq, daim bizim üçün üç ən vacib şərtdən danışırdıq: mülki şəxslər, yaralılar və ölülər"- Prokopenko qeyd edib.

“Biz mülki insanları təxliyə edə bildik, ağır yaralılara lazımi yardım göstərildi - onlar sonradan dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edildi.

Ölən qəhrəmanlarla bağlı - proses davam edir. Və ümid edirəm ki, yaxın gələcəkdə qohumları və bütün Ukrayna öz qəhrəmanlarını şərəflə dəfn edə biləcəklər”, - hərbçilər təxliyyənin gedişindən danışıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti