Ermənistanla sərhəd komissiyasının tərkibi müəyyənləşdi

   Ermənistanla sərhəd komissiyasının tərkibi müəyyənləşdi
  20 May 2022    Oxunub:1385
Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə bu gün Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında bildirib. Onun sözlərinə görə, artıq Azərbaycan həm də Ermənistanla sülh müqaviləsini hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.

AzVision.az


Teqlər: Sərhəd  



Xəbər lenti