Konqoda 60-a yaxın insan “Meymun çiçəyi”ndən ölüb

   Konqoda    60-a yaxın insan “Meymun çiçəyi”ndən ölüb
  20 May 2022    Oxunub:1216
Konqo Demokratik Respublikasında 2022-ci ilin əvvəlindən ən azı 58 nəfər “Meymun çiçəyi” virusundan vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqodakı ofisinin yaydığı kommünikedə deyilir.
“2022-ci ilin əvvəlindən mayın 8-dək Konqo Demokratik Respublikasının 18 əyalətində ən azı 1 284 nəfərin “Meymun çiçəyi”nə yoluxması qeydə alınıb. Onlardan 58-i ölüb. Bu da ölüm nisbətinin 4,5% olduğunu göstərir”,məlumatda deyilir.

Ən çox yoluxma Sankuru (468), Çopo (169) və Ekvatorial (168), həmçinin Çuapa (108) əyalətlərindədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Meymun-çiçəyi  



Xəbər lenti