Çimərlik əraziləri yoxlanacaq

Çimərlik əraziləri yoxlanacaq
  20 May 2022    Oxunub:2144
“Aidiyyəti qurumlarla birgə may ayının 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə start vermişik”.
AzVision.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, bu monitorinqlər təkcə çimərlik mövsümündə və ya çimərlik mövsümünə qədər aparılmır:

“İl ərzində bu monitorinqlər aparılır. Yay aylarına yaxın isə biz monitorinqlərin sayını artırırıq. Mövsümə qədər çalışırıq ki, hansı çimərliklərin əhalinin istifadəsinə daha yararlı olduğunu müəyyənləşdirək. Təxminən iyun ayının əvvəlinə yaxın müddətdə monitorinqin nəticələrini ictimaiyyətə çatdırmağı planlaşdırırıq”.

AzVision.az



Teqlər: Çimərlik  



Xəbər lenti