İran İsrailin keçmiş müdafiə nazirini qaçırmaq istəyib
İranın kəşfiyyat rəsmiləri özlərini alim, jurnalist, sahibkar və ya xeyriyyəçi kimi təqdim edərək müdafiə layihələrində iştirak edən bəzi israilli iş adamları və alimlərlə əlaqə saxlayıblar. Eyni zamanda onlar mövcud insanlara məxsus ad və soyaddan istifadə ediblər, əsl ad sahibləri isə bu cür “danışıqlardan” xəbərsiz olublar.
Şovalın sözlərinə görə, onu tələyə salmağa çalışdıqlarını anlayan Yaalon Baş Təhlükəsizlik Xidmətinə məlumat verib. Xatırladaq ki, hazırda Yaalon Birləşmiş Ərəb Əmirliklərində yerləşən, kapitalının əksəriyyəti İsrail mənşəli olan “Synaptech” vençur kapitalı fonduna rəhbərlik edir.
Fond müdafiə, kompüter və maliyyə təhlükəsizliyi firmaları da daxil olmaqla təhlükəsizlik startaplarına sərmayə qoyur. nazirini qaçırmağa cəhd edib
AzVision.az
Teqlər: İsrail