Bu il 2,4 tondan çox narkotik dövriyyədən çıxarıldı

   Bu il 2,4 tondan çox narkotik dövriyyədən çıxarıldı
  20 May 2022    Oxunub:1285
Bu il Azərbaycanda 2 ton 492 kq-dan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, 2022-ci il mayın 20-də Azərbaycanın Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib.

Tədbirdə cari ilin yanvar-aprel ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti ciddi şəkildə artıb, institusional sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, problemlə mübarizənin gücləndirilməsi, cəza tədbirlərinin səmərəliliyinin artırılması və eyni zamanda narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə icbari narkoloji müayinələrin keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib, dövlətin, vətəndaş cəmiyyəti təşkilatlarının və kütləvi informasiya vasitələrinin səylərinin birləşdirilməsi istiqamətində aparılan işlərin səmərəliliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülüb.

Bununla yanaşı Komissiyanın sədri ölkə ərazisində hüquq mühafizə orqanları tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində 3 961 cinayət faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə ediən narkotik vasitələrin və psixotrop maddələrin 829 kq kiloqramıölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanan cinayət işlərinin istintaqı nəticəsində 2 353 nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 36 nəfərinin xarici ölkə vətəndaşı olması, ümumilikdə hesabat dövründə müsadirə olunan narkotik vasitələrin dəyərinin 78 milyon AZN kimi qiymətləndirilməsi barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatınsistemli şəkildəmüasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, televiziya kanallarının və sosial şəbəkələrin imkanlarından istifadə edilərək müvafiq işlərin görülməsininvacibliyi vurğulanıb.


Görüşün yekunu olaraq tanınmış ictimai, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirin təşkil edilməsi, narkomanlığın yayılma dərəcəsinin və miqyasının dəqiqləşdirilməsi məqsədilə sosial araşdırmaların aparılması, effektiv və təsirli yeni sosial çarxların hazırlanaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına, ailə dəyərlərinə zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin təşkil edilməsinin davam etdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib və qərarlar qəbul edilib.

AzVision.az


Teqlər: Narkotik  



Xəbər lenti