Əfqanıstanda aparıcılar efirə üzü qapalı çıxdılar - FOTO
Qadın aparıcı televiziyada çalışan qadınların müqavimət göstərdiyini, lakin idarəçilərin təzyiqi ilə üzləşdiyini bildirib.
TOLOnews-un aparıcısı Fəridə Sial BBC-yə bildirib ki, bir neçə saat ərzində ağzı qapalı veriliş aparmaq çox çətindr.
Farida Sial beynəlxalq ictimaiyyəti qadağanın geri götürülməsi üçün Talibana təzyiq göstərməyə çağırıb və "Onlar qadınları ictimai və siyasi həyatdan silmək istəyirlər" deyib.
Taliban dini polisi bu məsələ ilə bağlı qadağanı çərşənbə günü media orqanlarına çatdırıb. Qadağaya tabe olmayanları isə cəza veriləcəyi ilə xəbərdarlıq edib.
TOLOnews-un aparıcısı Sonia Niyazi AFP xəbər agentliyinə qərara tabe olmadıqları təqdirdə işdən çıxarılacaqlarını bildirib.
Qadınlar haqlarının Taliban tərəfindən tamamilə əllərindən alınacağından narahatdırlar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: