Muradov yaralandı, bacısı oğlu isə öldürüldü

   Muradov yaralandı,    bacısı oğlu isə öldürüldü
  23 May 2022    Oxunub:2011
Ukraynada Rusiyanın daha bir generalı yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Muradov İrəvanda hərbi çevrilişin qarşısını alıb?
Bildirilir ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov ağır yaralanıb, bacısı oğlu isə öldürülüb.

"Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. O, yanvarın əvvəlində Ukrayna ilə sərhədə aparılıbmış. Aprelin sonunda isə gərgin döyüşlər zamanı öldürülüb. Muradovun özü Ukraynada yaralanandan sonra xəstəxanaya gətirilib. O, bacısı oğlunun ölüm xəbərini də xəstəxanada eşidib. General xahiş edibmiş ki, heç olmasa bir sümük də olsa tapılsın ki, qohumu dəfn olunsun...", - məqalədə yazılıb.

Bildirilir ki, artıq Salman Süleymanovun nəşi tapılaraq doğulduğu Dağıstana aparılıb.

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentə rəhbərlik edib.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Ukrayna   General  





Xəbər lenti