Azərbaycan 23 ölkəyə yeni idxal tələbləri göndərib

Azərbaycan 23 ölkəyə yeni idxal tələbləri göndərib
  24 May 2022    Oxunub:848
"Azərbaycanda bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı və regionlarda müasir tələblər əsasında ən mürəkkəb analizlərin aparılması məqsədilə 5 fitosanitar labororiya qurulub, nəzarət sahəsində ilk dəfə virusoloji ve baktoroloji müayinələr aparmağa imkan veran moleykulyar biologiya bölmələri yaradılıb.

AQTA sədri bildirib ki, bitki sağlamlığı sahəsində ölkə üzrə idxal tələbləri, həmçinin beynəlxalq standartlar əsasında bir sıra fitosanitar norma və qaydalar hazırlanaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib, 30-dan çox karantin tətbiq edilən zərərvericinin risk təhlili aparılıb, 23 ölkəyə virus və bakteriyalarla bağlı yeni idxal tələbləri göndərilib, 5 ölkə ilə beynəlxalq sənəd imzalanıb. Bundan əlavə, ilk dəfə olaraq ölkədə zərərvericilərin mövcudluğunun va yayılma arealının müəyyənləşdirilməsi məqsədilə Milli Monitorinq Planı hazırlanaraq uğurla icra olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti