Qırğızıstanda "Putin zirvəsi" nə Ukrayna bayrağı asıldı - VİDEO
"Putin zirvəsi"ndə Ukrayna bayrağı ilə çəkilmiş videonu ilk olaraq “Vetka ilə Alpinizm” Twitter səhifəsi paylaşıb.
"Əgər dünyada Putin zirvəsi və Ukrayna bayrağı varsa, deməli, onların görüşü qaçılmazdır. Bayrağı xuliqanlar qaldıraraq zirvədən asıblar. Biz onların kim olduğunu bilmirik", - müəllif yazıb.
Qeyd edək ki, Putin zirvəsi Qırğızıstanın şimalında, Çuy bölgəsindəki Tyan-Şan dağ sistemində yerləşir. 2021-ci ildə zirvəyə Rusiya prezidentinin adı verili.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qırğızıstan Putin Zirvə Bayraq