Milli Məclisin daha iki komitəsi Şuşada iclas keçirəcək

   Milli Məclisin daha iki komitəsi Şuşada iclas keçirəcək
  26 May 2022    Oxunub:661
Milli Məclisin komitələri növbəti dəfə Şuşada birgə iclas keçirəcəklər.
AzVision.az xəbər verir ki, parlamentin rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsinin Şuşa şəhərində birgə iclası olacaq.

Şuşa toplantısının yaz sessiyasının yekunlaşmasından sonraya təsadüf edəcəyi gözlənilir.

İclasın vaxtı və gündəliyi haqqında yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti