Bu il müqaviləsiz işləyən 1 600-a yaxın şəxs aşkarlanıb
Nigar Vahabzadə həmçinin qeyd edib ki, ölkədə 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 691 mindən çox olub. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşüb.
"Bundan başqa, 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9%, o cümlədən qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib. Qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna 615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik" - deyə, idarə rəisi əlavə edib.
AzVision.az
Teqlər: Vergi







Vaxtında, Aydın, Lazımlı!


