AzVision.az xəbər verir ki, o, bu gün Oxu.az-a müsahibəsində işdən çıxarılması ilə bağlı suala belə cavab verib: “Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu, normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.
Xatırladaq ki, işdən çıxarılan Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov sabiq gənclər və idman naziri Azad Rəhimovun qaynıdır.
AzVision.az