Azərbaycanda müəllimə yanıb öldü - Hadisə yerindən video
Elə çəkiliş apardığımız zaman qohumları bildirdi ki, Xuraman Həsənovanın oğlu mayın 28-də Bakıda olacaq və mərhumun meyiti ona təhvil veriləcək.
Xuraman Həsənovanın qonşuları və qohumları deyir ki, o hadisə baş verən mənzildə tək yaşayırmış. Heç kimlə ədavəti olmayan Xuraman Həsənovanı hamı sakit biri kimi tanıyıb. Qonşularının iddiasına görə, o, ərindən ayrılsa da, mütəmadi görüşürlərmiş.
Xatırladaq ki, yanğın zamanı ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. (APA TV)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


