İpoteka borcu olanların nəzərinə: ƏDV nə zaman qaytarılacaq?
27 May 2022
Oxunub:2402
“Fərmanda göstərilir ki, bu, hissə-hissə ödənilməsi mümkün olan həmin obyektlərə də şamil olunur. Amma bu proses yekunlaşandan sonra. Yəni bir hissə ödəniş edildikdən sonra onun ƏDV-si geri qaytarılmır”. Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
Ekspert əlavə edib ki, tam ödəniş barədə yəqinlik hasil olduqdan sonra həmin hissə geri qayıda bilər: “Tamamilə obyektin dəyəri ödənilməlidir. Alqı-satqı baş verməli, müvafiq sənədlər portala təqdim edilməli, qəbz verilməlidir. Bundan sonra 30 gün müddətində ƏDV-nin bir hissəsi geri qayıdır”.