Oklahoma ştatının qubernatoru Azərbaycanla bağlı bəyannamə yaydı

Oklahoma ştatının qubernatoru Azərbaycanla bağlı bəyannamə yaydı
  29 May 2022    Oxunub:1097
ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Azərbaycanla bağlı bəyannamə yayıb.
Bu barədə AzVision.az - a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

“Oklahoma ştatından Müstəqillik Gününüz mübarək!

2003-cü ildən Oklahoma və Azərbaycan Milli Qvardiya Tərəfdaşlığı proqramı vasitəsilə sıx tərəfdaşlığı davam edirlər. Azərbaycan xalqı ilə Oklahoma ştatı arasında sıx əlaqələri nəzərə alaraq, qubernator Kevin Skitt Azərbaycanın Müstəqillik Gününü və Oklahoma ilə Azərbaycan arasında müttəfiqliyi qeyd edən bəyannamə yayıb”, - səfirlikdən bildirilib.



AzVision.az


Teqlər:



Xəbər lenti