Ərdoğan: “Can Azərbaycanda qürurverici gün yaşadıq”
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Tək millət, iki dövlət şüarı ilə Bakıda yeni bir “Tək festival” ənənəsi başlatmağın həyəcanını yaşadıq. Bunun digər türk dövlətlərindən də eyni şəkildə bir çağırış alacağını görürəm. Beləcə, Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir tədbirlər taclandırmış olduq”.
“Türkiyə xaricində ilk dəfə can Azərbaycanda təşkil edilən “TEKNOFEST”in təqdim etdiyi texnologiya şənliyinin bütün iştirakçılarının könüllərini fəth etdiyini gördük. Xüsusən gələcəyimizin təminatı olan gənclərimizin festivala böyük marağından məmnunluq duyduq”, - Ərdoğan vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


