“Türk Hava Yolları” maskadan istifadəni qismən ləğv etdi

   “Türk Hava Yolları” maskadan istifadəni qismən ləğv etdi
  30 May 2022    Oxunub:1703
“Türk Hava Yolları” aviaşirkəti COVID-19 tədbirləri çərçivəsində tətbiq edilən uçuşlar zamanı maskadan istifadə məcburiyyətini qismən ləğv edib.
AzVision.az xəbər verir ki, bununla bağlı aviaşirkətdən açıqlama verilib.

Bildirilib ki, Türkiyə daxilində ediləcək uçuşlarda maskadan istifadə məcburiyyəti tamamilə aradan qaldırılıb. Xarici uçuşlarda isə səfər ediləcək ölkələrin aidiyyatı qurumlarının qərarlarına əsasən dəyişiklik olunacaq.

Açıqlamada qeyd edilib ki, məhdudiyyətin ləğv olunmasına baxmayaraq, səfərlər zamanı maskadan istifadə etmək istəyən sərnişinlər yanlarında gətirdikləri maskaları taxa biləcəklər.

AzVision.az


Teqlər: Təyyarə  



Xəbər lenti