İrəvanda vəziyyət gərginləşib - Etirazçılar polisi döydü - VİDEO

    İrəvanda vəziyyət gərginləşib  - Etirazçılar polisi döydü -    VİDEO
  30 May 2022    Oxunub:1406
Ermənistanda vəziyyət yenidən gərginləşib. AzVision.az xəbər verir ki, İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirən müxalifət nümayəndələri ilə polislər arasında toqquşma olub.
Yerli media xəsarət alanların olduğunu yazıb. Qeyd edilir ki, bir neçə etirazçı yerə yıxılan polisi döyüb.

"Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarlarını "qırmızı beretlilər" saxlayaraq bölmələrə aparıblar. Amma etriazçılırar manevr edərək qısamüddətli yürüşdən sonra hökumət binasına geri dönüblər. Onlar əsas girişə qaçaraq içəri girmək istəsələr də alınmayıb. Hadisə yerində hələ də çoxlu sayda polis qüvvələri dayanıb", saytlar yazıb.


Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti