Fransanın xarici işlər naziri Buçada

Fransanın xarici işlər naziri Buçada
  30 May 2022    Oxunub:1354
Fransanın yeni xarici işlər naziri Katrin Kolonna Ukraynaya səfəri çərçivəsində Kiyev vilayətinin Buça şəhərinə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Kiyev vilayətinin başçısı Aleksey Kulebaya istinad edən saytlar yazırlar ki, o Buçada müharibənin yaratdığı faciəvi görüntüləri də izləyib.

Qeyd edək ki, K.Kolonna Fransa Xarici İşlər Nazirliyinə mayın 20-dən rəhbərlik edir. Ukraynaya səfər onun yeni vəzifəsində Aİ üzvü olmayan ölkəyə ilk səfəridir.

AzVision.az



Teqlər: Ukrayna   Fransa  



Xəbər lenti