Ukraynaya 40 kilometri vuran haubitsalar verilib

   Ukraynaya 40 kilometri vuran haubitsalar verilib
  30 May 2022    Oxunub:751
Ukraynaya Slovakiya məxsus 40 kilometr məsafəni dəqiqliklə vura bilən "Zuzana 2" özüyeriyən artilleriya qurğuları verilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, məlumatı Slovakiyanın müdafiə naziri Yaroslav Nağı rəsmən təsdiqləyib.

O, səkkiz "Zuzana 2" 155 mm-lik haubitsaların artıq Kiyevə təhvil verildiyini bəyan edib.

Xatırladaq ki, məlum müasir haubitsalar ilə bağlı danışıqların ilk detalalrı aprelin əvvəlində ortaya çıxmışdı. Mayın 16-da Slovakiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna hərbçiləri artıq bu tip haubitsadan istifadə üzrə təlimlər keçir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti