İrəvanda 111 mitinq iştirakçısı saxlanılıb - VİDEO

   İrəvanda    111    mitinq iştirakçısı saxlanılıb -    VİDEO
  30 May 2022    Oxunub:994
Bu gün İrəvanda hökumət binası yaxınlığında keçirilən etiraz aksiyaları zamanı polis 111 etirazçını saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
İrəvanda vəziyyət gərginləşib - Etirazçılar polisi döydü - VİDEO
Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq  



Xəbər lenti