Azərbaycanda ilk: Lavanda festivalı keçiriləcək

      Azərbaycanda ilk:    Lavanda festivalı keçiriləcək
  30 May 2022    Oxunub:2401
Mayın 31-də Qəbələdə Azərbaycanda ilk dəfə lavanda festivalının açılışı olacaq.
Festival iyunun 30-dək davam edəcək. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin dəstəyi ilə “THE BEST CHOICE” tərəfindən təşkil olunur. Bir qayda olaraq, ən parlaq lavanda festivalları Fransa, İtaliya və Macarıstanda keçirilir. İndi doğma Azərbaycanda da lavanda tarlaları var.

Ziyarətçilər lavanda tarlasının ortasındakı xüsusi hazırlanmış məkanda, yeddimetrlik yelləncəklər və hippi stilindəki avtobuslarda şəkil çəkdirə, həmçinin lavanda çiçəklərinin ləçəklərindən hazırlanmış məhsullar (yağ, bal, skrablar, antiseptik…) ala bilər, həmçinin yerli müəssisələrin məhsul və xidmətləri ilə tanış ola bilərlər. Hər kəs festivalı ziyarət edə bilər. Açılış günü giriş pulsuzdur, sonrakı günlərdə isə böyüklər üçün beş manat təşkil edəcək. On yaşdan kiçik uşaqlar üçün giriş pulsuz olacaq. Məkan Qəbələ hava limanının yaxınlığında, Çuxur-Qəbələ və Şamlı kəndləri arasında yerləşir.

AzVision.az



Teqlər: LAvanda  



Xəbər lenti