Almaniyada inflyasiya rekord səviyyəyə çatdı

Almaniyada inflyasiya rekord səviyyəyə çatdı
  30 May 2022    Oxunub:1421
Almaniyada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri may ayında illik ifadədə 8,7% artıb.
Ölkənin Federal Statistika İdarəsinin ilkin məlumatları bunu deməyə əsas verir. Apreldə ölkədə inflyasiya 7,8% təşkil edib. “Trading Economics”in sorğusuna qatılan analitiklər 8%-dən daha mülayim artım gözləyirdilər. İstehlak qiymətləri aprel ayında 0,7% artdıqdan sonra may ayında əvvəlki ayla müqayisədə 1,1% artıb. Ekspertlər 0,5% artım gözləyirdilər.


AzVision.az


Teqlər: Almaniya  



Xəbər lenti