Danimarka Rusiya qazının pulunu rublla ödəmək istəmir

   Danimarka Rusiya qazının pulunu rublla ödəmək istəmir
  30 May 2022    Oxunub:1088
Danimarkanın enerji şirkəti Orsted Rusiya qazının pulunu rublla ödəməyə keçməyəcəyini və onun haqqını avro ilə ödəməyə davam edəcəyini açıqlayıb. AzVision.az xəbər verir ki, buna görə Rusiyadan Danimarkaya qaz tədarükün dayandırılması ehtimalı var.
““Qazprom Export” şirkəti Orsteddən qaz tədarükü üçün rublla ödəniş etməyi tələb etməkdə davam edir. Müqaviləyə əsasən, bizim bunu etmək üçün heç bir hüquqi öhdəliyimiz yoxdur və biz dəfələrlə “Qazprom Eksport”a məlumat vermişik ki, bunu etməyəcəyik. Son ödəniş tarixi 31 Maydır və Orsted avro ilə ödəməyə davam edəcək. Buna görə də, “Qazprom Export”un Orstedə qaz tədarükünü dayandırması riski var”, - deyə şirkətin açıqlamasında bildirilir.

Danimarka şirkəti qaz tədarükünün kəsilməsinin müqavilənin pozulması olacağını vurğulayıb. Eyni zamanda qeyd olunur ki, bu baş verəcəyi təqdirdə Danimarka Avropa bazarından mavi yanacaq alacaq.

AzVision.az




Teqlər:



Xəbər lenti