Rusiya Xersonla Zaporojyeni öz rabitə və internet sisteminə qoşdu

Rusiya Xersonla Zaporojyeni öz rabitə və internet sisteminə qoşdu
  31 May 2022    Oxunub:1637
Ukraynanın Xerson və Zaporojye vilayətləri Rusiya mobil rabitəsi və internet sisteminə keçib. AzVision.az xəbər verir ki, bu barədə "Krım" rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov RİA Novosti-yə açıqlamasında məlumat verib.
Qeyd edilir ki, bundan əvvəl Xerson vilayətinin hərbi-mülki administrasiyası regionda mobil rabitəni bərpa etmək üçün Rusiya telekommunikasiya şirkətlərinin imkanlarından istifadə etmək xahişi ilə Moskvaya müraciət edib.

"Bazar ertəsi Ukrayna hərbçiləri demarkasiya xəttində atəş açarkən, magistral şəbəkədə irimiqyaslı qəzaya səbəb olan telefon kabelini qırdıqdan sonra Xerson hakimiyyəti kömək istədi. Xerson və Zaporojye vilayətlərinin abonentləri mobil rabitəsiz qalıb. Bundan əvvəl regionlarda həm Ukrayna, həm də Rusiyanın mobil operatorları işləyirdi", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti