Bakıda fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb

   Bakıda fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb
  31 May 2022    Oxunub:1240
Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan bildirilib. İlkin araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər: Fəhlə  



Xəbər lenti