Amerikalı general: "Növbəti həftələr Ukrayna müharibəsi üçün həlledici olacaq"

      Amerikalı general:    "Növbəti həftələr Ukrayna müharibəsi üçün həlledici olacaq"
  31 May 2022    Oxunub:1549
Rusiya Federasiyasının Ukraynada genişmiqyaslı işğal əməliyyatları səbəbindən bu ölkədə vəziyyət daha da ciddiləşə bilər. Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli "Fox News" telekanalının efirində bildirib.
Amerikalı general: "Ukraynaya kifayət qədər silah göndərilmir"
Onun sözlərinə görə, ABŞ yeni arzuolunmaz situasiyanın qarşısını almaq üçün addımlar atır. Millinin fikrincə, bu istiqamətdə atılacaq addımlardan biri ABŞ və Rusiya ordusu arasında danışıqlar aparmaqdır.

- Mən belə hesab edirəm ki, hər zaman eskalasiya ehtimalı var. Bunu müəyyən mənada idarə etməli və eskalasiya şansını dəyərləndirməliyik. Biz bununla məşğuluq. Ona görə də nazir Ostinin həmkarı ilə danışmasının şahidi oldunuz. Mən də rusiyalı həmkarımla danışıqlar aparıram ki, bu proseslər indi olduğundan daha dəhşətli bir şeyə çevrilməsin, bunun qarşısını alaq",- Amerikalı general telekanala deyib.

Milli həmçinin əminliyini ifadə edib ki, Ukraynadakı müharibənin yaxın bir neçə həftəsi həlledici olacaq.

- Hazırda Donbasda Ukrayna və Rusiya qüvvələri arasında əhəmiyyətli döyüşlər davam edir. Qarşıdakı həftələr ərzində vəziyyətin necə inkişaf edəcəyini proseslərin növbəti inkişafı müəyyən edəcək,- Milli qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə   ABŞ   General  



Xəbər lenti