Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər seçildi

   Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər seçildi
  31 May 2022    Oxunub:1134
Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində son plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib. Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir. Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: Mərkəzi-Bank  



Xəbər lenti