Lavrov Türkiyəyə səfər edəcək

   Lavrov Türkiyəyə səfər edəcək
  31 May 2022    Oxunub:1326
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, - o deyib.

Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti