Parlamentin yaz sessiyası başa çatdı

   Parlamentin yaz sessiyası başa çatdı
  31 May 2022    Oxunub:802
Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib.
AzVision.az xəbər verir ki, toplantıda 7 məsələ müzakirə olunaraq qəbul edilib.

İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti