Xersonda rubl dövriyyəyə buraxıldı

   Xersonda rubl dövriyyəyə buraxıldı
  31 May 2022    Oxunub:997
Rusiyanın ələ keçirdiyi Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov məlumat verib.

Mer qeyd edib ki, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib.

AzVision.az


Teqlər:



Xəbər lenti