Suçiçəyi virusuna yoluxma ilə bağlı son vəziyyət necədir?
Qeyd edilib ki, meymunçiçəyi virusu ölkədə aşkarlanmasa da, suçiçəyi ilə eyni xüsusiyyətləri daşıması insanlar arasında narahatlıq yaradıb. Tibb işçilərindən fərqli olaraq sıravi insanlar bu iki virusu bir birindən necə ayırmalıdır sualına isə belə cavab verilib: “Bugünkü tarixədək ölkə ərazisində meymunçiçəyi virusuna yoluxma halları qeyd edilməyib. Suçiçəyi və ya hər hansı bir yoluxucu xəstəliyə şübhə yaranarsa, ilk növbədə həkimə müraciət etmək lazımdır. Suçiçəyi və meymunçiçəyi xəstəlikləri heç də oxşar klinikaya malik deyildir və xəstəliyin diaqnostikası yalnız həkim tərəfindən aparılmalıdır”.
Mərkəzdən çimərlik mövsümündə meymunçiçəyi virusunun yayılma ehtimalının olmadığını bildirilib. Məlumatda o da qeyd edilib ki, meymunçiçəyi virusunun insanlara ötürülməsi üçün endemik ölkələrlə əlaqəsi olan xəstə insanla uzunmüddətli və sıx təmasın olması vacibdir.
AzVision.az
Teqlər: Su-çiçəyi







Vaxtında, Aydın, Lazımlı!


