Erməni nazir Qarabağla bağlı mövqeyini bildirməkdən imtina etdi
"Mənim mövqeyim hökumət proqramında təqdim olunub. Hökumət bu məsələ ilə (Qarabağ problemi - red.) bağlı danışıqlar aparır. Düşünmürəm ki, fövqəladə hallar naziri bu danışıqlara münasibət bildirmək səlahiyyətinə malikdir. Amma sənəddə nə deyilirsə, onu hökumət proqramına uyğun olaraq, mən öz şəxsi nöqteyi-nəzərim hesab edirəm”, - Pambuxçyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da "Qarabağ Azərbaycanın tərkibində olmayacaq" ifadəsinin danışıqlar prosesinə maneçilik törətdiyini vurğulamış və onu səsləndirməyin əleyhinə çıxmışdı.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


