Xarici diplomatlar, həmçinin, Kəlbəcərin İstisu qəsəbəsində olub, İstisunun müalicəvi mineral bulaqlarına baş çəkib, Kəlbəcər balının dadına baxıblar.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başa çatıb.
Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də, 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


