Azərbaycanın hərbi gəmilərində yeni döyüş sistemi tətbiq ediləcək

   Azərbaycanın hərbi gəmilərində yeni döyüş sistemi tətbiq ediləcək
  01 İyun 2022    Oxunub:1162
HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində istifadə etməyi hədəfləyib
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar deyib. O, danışıqları yekunlaşdıqlarını və Türkiyədə istifadə olunan sistemləri nümayiş etdirdiklərini qeyd edib:

"Mövcud gəmilərin modernləşdirilməsi üçün danışıqlar aparırıq. “Advent” ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələri müasir və üstün döyüş idarəetmə sisteminə sahib olacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti