Poladxan, Poladhəşim, Arəstə - Bu il uşaqlara verilən adlar

  Poladxan, Poladhəşim, Arəstə  - Bu il uşaqlara verilən adlar
  01 İyun 2022    Oxunub:2004
2022-ci ildə Azərbaycanda 83 oğlan uşağına Polad adı verilib.

AzVision.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ildə 306, 2020-ci ildə 193 uşağa Azərbaycanın Milli Qəhrəmanının adı qoyulub.
Eyni zamanda bu il doğulan 2 uşağa Polad Həşimovun adına uyğun olaraq Poladxan adı verilib. Ümumilikdə son 5 ildə uşaqlara qoyulan adlar arasında Poladxan (6), Poladcan (1), Poladhüseyn (1), Poladhəşim (1) adları da var.

Bu il doğulan 3 qıza Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın adı verilib. Eyni zamanda 2022-ci ildə doğulan 29 oğlan uşağı nəğməsi ilə dastana dönən Xudayarın adını daşıyır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti