Qətərin keçmiş şahzadəsi İspaniyada ölü tapılıb

   Qətərin keçmiş şahzadəsi İspaniyada ölü tapılıb
  01 İyun 2022    Oxunub:1528
Qətər əmirinin əmisi Əbdüləziz bin Xəlifə əl Taninin keçmiş arvadı Kasia Qallanonun cəsədi tapılıb. AzVision.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qeyd edilir ki, kral ailəsinin üzvünün meyiti İspaniyanın cənub sahilindəki Marbella şəhərində aşkarlanıb.

Məlumata görə Əl Tani 1992-ci ildən Qətərdə dövlət çevrilişinə cəhddə ittiham olunduğu üçün Fransada yaşayır. Cütlük 2004-cü ildə ailə qurub və üç qız övladı olub. Onlar 2012-ci ildə ayrılıblar. Qallano on il qızlarının onun himayəsində olması üçün mübarizə aparsa da, uşaqlar atalarına verilib.

Öz evində cəsədi aşkarlanan qadının 45 yaşı olub. Məlumata görə meyitdə zorakılıq əlamətlərinə rast gəlinməyib. O, depressiyadan əziyyət çəkirmiş və alkoqol aludəçisi olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Meyit   Qətər  



Xəbər lenti