Severodonetskin 70%-nə Rusiya ordusu nəzarət edir

Severodonetskin 70%-nə Rusiya ordusu nəzarət edir
  01 İyun 2022    Oxunub:1914
Ruslar artıq Severodonetskin 70%-nə nəzarət edir. Ukrayna qoşunlarının bir hissəsi isə daha sərfəli mövqelərə çəkilib.
AzVision.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. O qeyd edib ki, şəhər tam şəkildə təslim olmayıb. Ukraynalı hərbçilərin bir hissəsi hələ də şəhər daxilində döyüşlər aparırlar.

Qaydayın sözlərinə görə, Lisiçansk təpədə yerləşdiyi üçün daha əlverişli vəziyyətdədir. Şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olsa da Luqansk vilayətinin bütün ərazisi kimi, ruslar tərəfindən atəşə tutulur. Qayday monu da qeyd edib ki, ruslar yaşayış məntəqəsini iri çaplı silahlarla, artilleriya, reaktiv yaylım atəşi sistemləri ilə vurur, həmçinin döyüşlərə təyyarələri cəlb edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti