Ukrayna Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir

Ukrayna Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir
  01 İyun 2022    Oxunub:1514
“Biz Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımı, Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılmasım yüksək qiymətləndiririk”.
Ukrayna Respublikasının Baş naziri Denis Şmıqalın Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova ünvanladığı təbrik məktubunda belə deyilir.

Ukrayna Hökumətinin Azərbaycan Respublikası ilə əməkdaşlığa xüsusi
diqqət ayırdığını vurğylayan D.Smıqal Rusiyanın apardığı hərbi əməliyyatların ölkələrimiz arasında əməkdaşlığın dinamikasına təsir etməsinə baxmayaraq, öz hökumətinin qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycan hökuməti ilə fəal əlaqələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən D.Şmıqal Azərbaycanın Baş nazirinə möhkəm cansağlığı və məsuliyyətli dövlət fəaliyyətində uğurlar, dost Azərbaycan xalqına isə sülh və çiçəklənmə arzulayıb.

Kamran


Teqlər: Ukrayna  



Xəbər lenti