Ukraynada rusların yeni kamikadze dronu zərərsizləşdirilib - FOTO

   Ukraynada rusların yeni kamikadze dronu zərərsizləşdirilib -    FOTO
  02 İyun 2022    Oxunub:1161
Ukrayna hərbçiləri Rusiyanın ən müasir və son istehsalı olan, yüksək dəqiqliyə malik kamikadze dronunu zərərsizləşdiriblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dron 128-ci briqada tərəfindən sıradan çıxarılıb.

"Yüksək dəqiqliyə malik "Kub-BLA" pilotsuz uçan aparatı Kalaşnikov konserni tərəfindən hazırlanıb və ilk dəfə 2019-cu ildə təqdim edilib. O, havada uçduğu müddətcə şaquli vəziyyətdə hədəfə hücum edə bilir. "Kub-BLA"ya kamikadze dron da deyirlər. Çünki o işə salındıqdan sonra operatora geri qayıtmır, ya hədəfə dəyərək onu vurur, ya da paraşütlə endikdən sonra lazımi anı gözləyərək partlayır", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Dron  



Xəbər lenti