"Bayraktar" tankları belə sıradan çıxarır - VİDEO

   "Bayraktar" tankları belə sıradan çıxarır -    VİDEO
  02 İyun 2022    Oxunub:1661
Ukrayna mediası “Bayraktar”la həyata keçirilən hərbi əməliyyat barədə yeni görüntülər yayıb. AzVision.az xəbər verir ki, saytlar Türkiyədən alınan və Ukrayanaya məxsus olan bu müasir Pilotsuz Uçuş Aparatı(PUA) ilə rusların iki tankının məhv edildiyini yazıb.
Ukraynada rusların yeni kamikadze dronu zərərsizləşdirilib - FOTO
"Tanklar “Pivden” operativ komandanlığın pilotsuz uçan aparatı tərəfindən məhv edilib. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb. Onun sosial şəbəkələrdə təqdime tdiyi videoda “Bayraktar”ların uğurlu atışları əks olunub", - məqalədə yazılıb.



Qeyd edək ki, Türkiyə istehsalı olan "Bayraktar" PUA-ları İkinci Qarabağ savaşında öz effektliyini sübut etdikdən sonra bu yeni müasir hərbi təyyarələrə maraq artdı. Ukrayna da müharibədən əvvəl Türkiyədən xeyli sayda PUA alıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Tank   Bayraktar  



Xəbər lenti