"Muzdluların böyük hissəsi məhv edilib" - Rusiyalı general

   "Muzdluların böyük hissəsi məhv edilib" -    Rusiyalı general
  02 İyun 2022    Oxunub:1573
Ukraynadakı əcnəbi muzdluların əksəriyyəti zəif təlim keçdiyi üçün döyüşlərdə məhv edilib. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
O qeyd edib ki, yüzlərlə əcnəbi muzdlu onların hazırlanması üçün nəzərdə tutulan ərazilərə çatan kimi Rusiyanın yüksək dəqiqlikli uzaqmənzilli silahları tərəfindən məhv edilib. General muzdluların əksəriyyətinin döyüş bölgəsində öldürüldüyünü vurğulayıb. Çünki onların aşağı səviyyədə hazırlığı olub və real döyüş təcrübəsinə malik olmayıblar.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi fikirlərinə onu da əlavə edib ki, Ukraynada əcnəbi muzdluların ümumi sayı iki dəfə azalıb. Bu rəqəm 6,6 min nəfərdən 3,5 minə düşübş Eyni zamanda may ayının əvvəlindən başlayaraq onların axını azalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti