Peskov Yumaşevin prezidentin müşaviri vəzifəsindən getdiyini təsdiqləyib

   Peskov Yumaşevin prezidentin müşaviri vəzifəsindən getdiyini təsdiqləyib
  02 İyun 2022    Oxunub:868
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Valentin Yumaşevin bir ay əvvəl dövlət başçısının müşaviri vəzifəsindən uzaqlaşması barədə məlumatı təsdiqləyib. AzVision.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunun könüllülük əsaslarla baş verdiyini deyib.
- Siz məndən Yumaşev haqqında soruşdunuz. Mən bunu təsdiq edə bilərəm ki, həqiqətən də, bir neçə ay əvvəl o, könüllü olaraq müşavirlik fəaliyyətini dayandırıb, - Peskov qeyd edib.

Peskov Yumaşevin istefası barədə sərəncamın olub-olmaması ilə bağlı sualı da cavablandırıb.

O, müvafiq qərarın geniş auditoriya üçün dərc edilməməsi ilə bağlı qərar verildiyini açıqlayıb.

- Kadrlar baxımından bu rəsmiləşdirilib. Amma adətən belə sənədlər o qədər də geniş dərc olunmur, Rusiya rəsmisi deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti