"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar qazımızdan istifadə edəcək"

   "Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar qazımızdan istifadə edəcək"
  02 İyun 2022    Oxunub:1059
Bu gün Azərbaycan Qarabağda yaşayan ermənilərin enerji ilə təmin etmək iqtidarındadır. Qərar verilsə biz bunu bir neçə saat içərisində edə bilərik. AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə istehsal olunan enerjidən Azərbaycan vətəndaşları yararlanır:

"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim qazımızdan istifadə edəcək və hazırda ödədiklərindən az ödəniş edəcəklər".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qaz   Qarabağ  



Xəbər lenti