Lənkəranda polis tələbəni döyüb? - DİN-dən açıqlama

   Lənkəranda polis tələbəni döyüb? -    DİN-dən açıqlama
  02 İyun 2022    Oxunub:785
Sosial şəbəkələrdə Lənkəranda tələbənin polis əməkdaşları tərəfindən döyüldüyü iddia olunub.
Paylaşımda 17 yaşlı yeniyetməyə polis bölməsində ağır xəsarətlər yetirildiyi və onun xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran ŞRPŞ-nin əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z-nin nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər:

"Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət etdikdə isə onlar polis əməkdaşları ilə mübahisə edib, həmçinin Z.Z nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran ŞRPŞ-yə gətirilən hər iki şəxs barəsində İnzibati Xətala Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar. Z.Z-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə bildiririk ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti